Hafta.az xəbər verir ki, bu barədə lent.az-akörpənin dayısı Əlişiraz Cənnətov məlumat verib.
O bildirib ki, 2 aya yaxındır ki, körpənin gözlərindən qan gəlir:
Ə.Cənnətov qeyd edib ki, körpənin müalicəsini heç kim öz üzərinə götürmək istəmir:
“Tanınmış bir neçə həkimlərlə də danışmışıq, heç kim kömək etmir. Özümüzü itirmişik və bilmirik ki, bu nədir. Ailəmizdə belə bir şey heç vaxt olmayıb.
Bu gün çalışacağıq ki, gözünü MRT etdirək. Çünki bir neçə həkim deyib ki, ancaq bundan sonra səbəbləri tapmaq olar və müalicə yazıla bilər. Amma bir məqam da var ki, çoxları balaca olduğu üçün anesteziya (narkoz) verilməsini istəmir. Məcbur qalaraq bu gün çalışacağıq ki, gözünü yoxlatdıraq və əsl səbəbi bilək”.
Körpənin yaxınları bu xəstəliyin müalicəsində həkimlərdən yardımçı olmağı xahiş edir.